Skip links
Xidmətlərimiz

Biznesiniz üçün data həlləri

"Məncə belədir" yanaşmasını "Məlumatlar bunu deyir" prinsipi ilə əvəzləyirik. Hətta haqqında heç bir rəqəmin olmadığı prosesləri belə ölçülə bilən metrikalara çeviririk.

XİDMƏTLƏRİMİZ

DataNestlə məlumat həlləri

  • Qapalı yerlərdə üz-üzə anket sorğusu
  • Açıq yerlərdə üz-üzə anket sorğusu
  • Qapı döyməklə üz-üzə anket sorğusu
  • Telefonla klassik anket sorğusu
  • Telesekretar sistemli telefonla anket sorğusu
  • Poçt vasitəsilə anket sorğusu
  • Respondentlərə doldurulması üçün paylanılan anketlər
  • Poçt vasitəsilə disket göndərmə üsulu
  • Komputer dəstəkli telefon sorğusu (CATI- COMPUTER ASSİSTED TELEPHONE INTERVIEW)
  • Komputer dəstəkli üz-üzə sorğu (CAPI – COMPUTER ASSİSTED PERSONEL INTERVIEW)
  • İnternet üzərindən anket metodu (Onlayn Sorğular) – (e-mail vasitəsi ilə, web səhifələr üzərindən … )

Fokus Qrup Müzakirələri, marketinq araşdırmalarında tez-tez istifadə olunan bir araşdırma metodudur. Fokus Qrup Müzakirələri, müəyyən bir sayda iştirakçının əvvəlcədən seçilmiş mövzu ilə bağlı fikirlərini söyləməsi üçün moderatorla bir araya gəldiyi və müzakirələrin aparıldığı keyfiyyət araşdırması metodudur. İştirakçılar tədqiqatın mövzusundan və həcmindən asılı olaraq müəyyən edilir. Qrup müzakirələri ümumilikdə 7-8 iştirakçı ilə aparılır. Araşdırma məqsədindən asılı olaraq 4-5 iştirakçıdan ibarət mini qruplar da təşkil edilə bilir.

Fokus Qrup Müzakirələri 1.5 – 2 saat arası müddətdə aparılır. İştirakçılara görüşməyə gəldikləri üçün hədiyyələr verilir.

Fokus Qrup Müzakirələrindən lazımı nəticələri əldə etmək üçün iştirakçılar ilk dəfə iştirak etməli və araşdırma kriteriyalarına uyğun olaraq kvota tətbiq edilməlidir.

Qiymətləndirmə nəticələri DVD-də müştəriyə təqdim edilir. Ehtiyac olduqda, sinxron tərcümə edilir.

İştirakçıların seçilməsi məqsədilə əvvəlcədən təyin edilmiş filtr sualları ilə üz-üzə və ya CATI sorğu metodu ilə iştirakçılarla öngörüşmə keçirilir. Daha sonra uyğun olan iştirakçılar seçilərək müzakirə görüşlərinə dəvət edilir. Təcrübəli moderator qrup tolandıqdan sonra araşdırmanın məqsədinə uyğun olaraq sualları ünvanlayır və tək- tək hər bir iştirakçının fikrini müzakirə edir.

Neytral düşüncəli və təcrübəli moderatorun iştirakı ilə fokus qrup müzakirələri sifarişçiyə araşdırma məqsədinə uyğun olaraq vacib tapıntılar əldə etmə imkanı yaradır. Bu araşdırma metodu ilə şirkətlər mövcud ehtiyaclarını ortaya çıxararaq, bu ehtiyacları digər araşdırma metodlarının nəticələri ilə təsdiq edərək ən dəqiq strategiyaların tətbiq edilməsinə zəmin yaradacaqdır.

DataNest Fokus Qrup Müzakirələri üçün aşağıdakı imkanlara sahibdir:

Birtərəfli Güzgü otağı
  • Qrup müzakirələri keçirilən otaq birtərəfli güzgü ilə təchiz edilib. Bu otaqdan müştəri aparılan müzakirəni seyr edə bilir.
Müzakirə Otağında Video kamera
  • Otaqda yerləşdirilmiş video kamera ilə aparılan müzakirə video qeydə alınır və daha sonra həmin kadrları izləyərək analizlər aparmaq mümkün olur.
Səs Yazma Cihazı
  • Otaqda həmçinin səs yazma cihazı yerləşdirilib ki, iştirakçıların fikirləri eyni zamanda səs qeydi olaraq toplansın.
Online Sharing
  • Bu yolla aparılan müzakirəni istənilən məkandan müştərilərimiz izləmək imkanı əldə edir.

 

Panel araşdırmaları, araşdırmanın təkrarlandığı hər dəfə eyni nümunədən məlumat toplayan/əldə edən araşdırmalardır. Panel araşdırmaları dəyişən müştəri tendensiyasını aşkarlamağa ehtiyac olan hallarda faydalıdır.

Panel araşdırmaları çox müştərili tədqiqatlar qrupundadır. İstehlakçı paneli davamlı və reprezentativ nümunədən istehlak meyllərinin müntəzəm toplanmasına əsaslanan bir tədqiqat metodudur.

Araşdırmanın davamlı olaraq aparılması, bazarda “foto” kimi bir anı deyil, “film” kimi bütün prosesi izləmək imkanı verir. Başqa sözlə, panellər mütəmadi və periodik hazırlanır, məhsul qrupu və araşdırılan bazar haqqında davamlı məlumat verir. Anket metodu ilə aparılan işlər yalnız sorğu dövrü haqqında məlumat verir;

Panel nəticələri məhsul qrupları və markalar əsasında hazırlandığından şirkətlərə həm öz markaları, həm də rəqib markaları və bazarın ümumi vəziyyəti haqqında məlumat verir.

Panellər tək bir müştəri üçün aparılan araşdırmalar deyil, tədqiqat nəticələri məhsul qrupları əsasında hesabat formasına salına və nəticələrlə maraqlanan bir çox şirkətə satıla bilər. Panel araşdırmaları bu xüsusiyyəti ilə bütün digər tədqiqatlardan fərqləndirir.

 

Panel araşdırmalarında hədəf auditoriyalara birbaşa ev təsərrüfatları, ailələr və ya böyük istehlakçılar kimi adlandırılan otellər, restoranlar, bərbərlər istehlakçı panellərinə daxil edilə bilər.

İstehlakçı panellərində iştirakçılardan müəyyən bir dövr üçün bir forma / gündəlik istifadə etmələri xahiş olunur. Başqa sözlə, panel daxilində məhsul alışı, marka, kəmiyyət, qablaşdırma növü, qiyməti, alış nöqtəsi və s. məlumat satın alınma günündə formda (gündəlikdə) qeyd olunur. Gündəlik istifadəsi unutqanlıqdan yarana biləcək səhvləri və qarışıqlığı azaldır. Səhvləri minimuma endirmək üçün gündəlikdən kənar panelə qatılan istehlakçılar təlimləndirilir və məlumatlar komputerə daxil edilməzdən əvvəl və sonra mütəmadi olaraq qeydlər yoxlanılır.

İstehlakçı panel araşdırması ilə aşağıdakı mövzulara cavab tapmaq mümkündür:

  • İstehlakçının hansı məhsulu / markanı aldığı
  • Bu məhsulu hansı miqdarda aldığı
  • Bu məhsula nə qədər pul xərclədiyi
  • Satınalma tezliyi
  • Bu məhsulu harada və nə vaxt aldıqları
  • Bazarda mövcud olan promo aksiyalara ishetlakçıların reaksiyaları

Sosial araşdırmalar, cəmiyyətin yaranan sosial problemləri necə qəbul etdiyini və qiymətləndirdiyini, hadisələrə münasibət və davranışlarının necə dəyişdiyini ortaya çıxaran araşdırmalardır. Sosial araşdırmalar cəmiyyətlə bağlı situasiya analizi aparmaqla yanaşı, cəmiyyətin gələcək inkişafı üçün hazırlanan və ya hazırlanmalı olan sosial siyasətlərin öncədən müəyyənləşdirilməsini təmin edir. Bir sözlə, sosial araşdırma sosial həqiqəti üzə çıxarmağa yönələn araşdırmalardır.


Sosial araşdırmalardan bəziləri:

  • Dəyərlərin araşdırılması
  • Sosial-mədəni araşdırmalar
  • Sosial-iqtisadi dəyişikliklər üzrə araşdırma
  • Şəhərləşmə araşdırması
  • Sosial-iqtisadi qruplar araşdırması
  • Miqrasiya Tədqiqatları
Partnyorlarımız
This website uses cookies to improve your web experience.